Fransa biatlonçuları sinqlmikst yarışının qalibi olub

19 Fevral, 15:10 Sosial mediada paylaşın:
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatında 8-ci gün geridə qalıb.
Bir kişi və bir qadın biatlonçunun mübarizə apardığı sinqlmikst yarışında  fransızlar qalib gəlib. Antonen Qiqonna ilə Juliya Simon 5 əlavə cəhddən istifadə etməklə ümumi nəticədə finiş xəttini 36 dəqiqə 42 saniyəyə qət edib.  Ötən mövsüm bu yarışın qalibi olan Norveç biatlonçuları isə bu dəfə gümüş medal qazanıb. Bu turnirdə 3 qızıl medal qazanan Tirill Ekhoffla 11 qat dünya çempionu Yohannes Bö liderdən 2,8 saniyə geridə qalıb. 3-cü yerə isə Sebastiyan Samuelssonla Hanna Eberq tandemi ilə yarışan İsveç millisi sahib çıxıb.  Xatırladaq ki, bu yarışda qadın biatlonçu 6 km, kişi biatlonçu isə 7,5 km məsafə qət edir. Yeri gəlmişkən, çempionatda hələ də medal qazana bilməyən Rusiya biatlonçuları sinqlmikst yarışında 11-ci yeri tutub. Əvəzində Ukrayna millisi yarışı 4-cü sırada bitirib.

CANLI YAYIM