"Milan" baş məşqçisini istefaya göndərdi

9 Oktyabr, 10:10 Sosial mediada paylaşın:
"Milan" baş məşqçisi Marko Campaolonu istefaya göndərib.
52 yaşlı mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv olunub. Buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.
 Qeyd edək ki, "Milan" 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.