"Mançester Yunayted" Turində "Real Sosyedad"ı darmadağın edib

19 Fevral, 00:55 Sosial mediada paylaşın:
 UEFA Avropa Liqasının 1/16 finalında “Real Sosyedad” Turində “Mançester Yunayted”lə qarşılaşıb. Oyuna İngiltərə futbolçuları daha yaxşı başlayıblar. İlk hissədə hesab açılıb. Brunu Fernandeş fərqlənib. İkinci yarı daha məhsuldar alınıb. Brunu Fernandeş dubl edib. Çox keçmədən Markus Reşford 3-cü topu rəqib qapısından keçirib. Görüşün sonlarında isə Daniel Ceyms mübarizəyə nöqtə qoyub. “Mançester Yunayted” 4 cavabsız qolla qalib gəlib.
İngiltərənin digər təmsilçisi “Tottenhem” isə Avstriyanın “Volfsberq” komandası ilə üz-üzə gəlib. Mourinyonun futbolçuları ilk hissədə 3 qol vurublar. Hesabı Hun Min Son açıb. 28-ci dəqiqədə Qaret Beylin zərbəsi dəqiq olub. Az sonra Lukas diqqət mərkəzinə düşüb. İkinci yarıda tərəflər hərəyə 1 qolla yadda qalıblar. Avstriyalılardan Maykl Lindl penaltini dəqiq yerinə yetirib. 88-ci dəqiqədə isə Karlos Vinisius yekun nəticəni müəyyənləşdirib: “Volfsberq” – “Tottenhem” 1:4.
“Arsenal” isə Romada “Benfika” ilə qarşılaşıb. Cüney Çakırın idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıda komandalar hərəyə bir qol vurublar. Əvvəlcə, “Benfika”nın heyətindən Pitsi penalıtini dəqiq yerinə yetirib. “Arsenal”dan isə Bukayo Saka tarazlığı bərpa edib – 1:1. Qalan vaxtda hesab dəyişməyib.

CANLI YAYIM