Cüdomuz "Böyük Dəbilqə" turnirində qızıl medal qazandı

19 Fevral, 11:28 Sosial mediada paylaşın:
İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Yarışın ilk günündə Azərbaycan millisinin 7 üzvü tatamiyə çıxıb. Onlardan yalnız Davud Məmmədsoy mübarizəsini medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz çempion tituluna yiyələnib. Yarışa 1/16 final mərhələsindən qoşulan Davud Məmmədsoy almaniyalı Morits Plafki, hindistanlı Kumar Yadav, qazaxıstanlı Qusman Kirqizbayevi məğlub edərək yarımfinala yüksəlib. Rusiyalı Ramazan Abdullayevə də qalib gələn təmsilçimiz həlledici döyüşə vəsiqə qazanıb. Davud finalda gürcüstanlı Temur Nozadze ilə görüşüb. O, uğurlu seriyasını davam etdirərək qızıl medala sahib olub.

CANLI YAYIM