Biatlon üzrə dünya çempionatında norveçlilər fərqi artırır

18 Fevral, 17:39 Sosial mediada paylaşın:
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatı davam edir. Çempionatın 7-cı günündə azarkeşlər maraqlı mübarizənin şahidi olub. Bir gün öncə qadınlar arasında fərdi yarışla  gözlənilməz nəticə qeydə alınmışdısa, kişilərin yarışında favoritlər ümidləri doğruldub.
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatında kişilərin fərdi yarışı geridə qalıb. Poklyuka məntəqəsindəki yarışda norveçli biatlonçu Strula Holm Leqreyd  çempion olub. O, hədəfi  hər 4 cəhddə dəqiq nişan aldıqdan sonra 20 km məsafəni 49 dəqiqə 27 saniyəyə qət edərək  finiş xəttini birinci keçib.  Xatırladaq ki, bu Norveç biatlonçularının Sloveniyada 4-cü qələbəsidir. Komanda hesabında  skandinavlar digər rəqiblərini aşkar qabaqlayır. Leqreydə gəlincə, bu biatlonçu çempionatın açılış günündə qarşıq estafet yarışında qızıl medal qazanmışdı. Yeri gəlmişkən, kişilərin fərdi yarışında Leqreyddən 16 saniyə geridə qalan alamaniyalı Arnd Payffer gümüş medala sahib çıxıbsa, norveçli Yohannes Dale bürünc medal qazanıb.  Hələ də çempionatda medal qazanmayan rusiyalı biatlonçular növbəti dəfə uğursuzluqla üzləşib. Kişilərin fərdi yarışında ruslar arasında ən yaxşı göstəriciyə liderdən 1 dəqiqə 45 saniyə geridə qalmaqla 6-cı yeri tutan Kərim Xəlili imza atıb.

CANLI YAYIM