"Yuventus" "Portu"ya, "Sevilya" "Borussiya"ya məğlub olub

18 Fevral, 15:22 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında 1/8 finalında daha 2 oyunu keçirilib. “Yuventus” səfərdə “Portu”ya uduzub. Turin futbolçuları hər 2 hissənin əvvəlində top buraxıblar. Əvvəlcə 1-ci dəqiqədəcə Mehdi Taremi qonaqların səhvindən yararlanıb. Fasilədən dərhal sonra Mussa Mareqa 2-ci topu “Yuventus”un qapısından keçirib. Andrea Pirlonun komandası 82-ci dəqiqədə fərqi azalrsa da, daha artığına nail ola bilməyib. Federiko Kyeza matçda son nöqtəni qoyub: Portu - Yuventus 2:1. 
5 qol vurulan “Sevilya” - “Borussiya” D oyununda isə qonaqlar qələbəyə seviniblər. Halbuki 7-ci dəqiqədə Suso meydan sahiblərini irəli keçirib. Dortmund klubu fasiləyə kimi hesabı xeyrinə dəyişib. 19-cu dəqiqədə Mahmud Dahud 27 və 43-cü dəqiqələrdə isə Erlinq Holand fərqlənib. Beləcə qonaqlar ilk hissəni 3:1 hesabilə öndə tamamlayıblar. Fasilədən sonra yalnız 1 qol olub. 84-cü dəqiqədə Əndəlüs klubunun hücumçusu Lyuk De Yonq fərqi minimuma endirərək yekun nəticəni müəyyənləşdirib: “Sevilya” – “Borussiya” 2:3.
Cavab görüşləri martın 9-da keçiriləcək. 

CANLI YAYIM