Bu gün Təl-Əvivdə 7 cüdoçumuz mübarizəyə qoşulacaq

18 Fevral, 14:14 Sosial mediada paylaşın:
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilir.
Yarışın ilk günündə 7 idmançımız mübarizə aparacaq. 60 kq çəki dərəcəsində Kəramət Hüseynov ilk görüşündə Böyük Britaniya, Davud Məmmədsoy isə almaniyalı cüdoçu ilə üz-üzə gələcək. 66 kqda yarışan Orxan Səfərov 1/6 finalda İsrail təmsilçisinin müqavimətini qırmağa çalışacaq. Bu çəkidəki Nicat Şıxəlizadə isə rumınıyalı idmançı ilə qarşılaşacaq. Qadınların turnirində 48 kqda qüvvəsini sınayan Leyla Əliyeva və Aişə Qurbanlı ilk görüşlərini yerli cüdoçulara qarşı keçirəcəklər. 57 kqda Gültac Məmmədəliyeva isə braziliyalı rəqibi ilə görüşəcək. Qeyd edək ki, fevralın 20-dək davam edəcək “Böyük Dəbilqə” turnirində milli komandamızın 15 üzvü mükafatlar uğrunda yarışır.

CANLI YAYIM