UEFA Gənclər Liqasında bu mövsüm ləğv olunub

18 Fevral, 13:10 Sosial mediada paylaşın:
UEFA Gənclər Liqasında 2020/2021-ci il mövsümü ləğv olunub. 
Qitə futbol qurumunun bu addımı atmasına səbəb koronavirus pandemiyası olub.  Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından belə bir qərar verilib.  Qeyd edək ki, cari mövsümdə ölkəmizi Gənclər Liqasında "Qəbələ" təmsil etməli idi.  Komandamız martın 4-də  turnirin 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.

CANLI YAYIM