"All Star" həftəsinin formatı açıqlandı

17 Fevral, 17:33 Sosial mediada paylaşın:
Koronavirus pandemiyasına baxmayaraq Milli Basketbol Assosasiyası  öz ənənələrindən imtina etmək istəmir. Hər mövsüm azarkeşlərin böyük maraqla izlədiyi “All Star” həftəsi bu il də keçiriləcək.  Amma epidemioloji vəziyyətlə əlaqədar təşkilati məsələlərlə bağlı müəyyən dəyişikliklər olacaq.
Milli Basketbol Assosasiyasının rəhbərliyi “All Star” həftəsini fərqli formatda keçirmək istəyir. Martın 7-də Atlantada təşkil olunacaq şou xarakterli tədbirə müəyyən dəyişikliklər ediləcək. Adətən ustalıq müsabiqəsi ilə 3 xallıq yarış ulduzların görüşündən bir gün əvvəl təşkil olunursa, bu dəfə fərqli format tətbiq oluancaq. Pandemiya şəraitini nəzərə alan MBA rəhbərliyi bütün müsabiqələri bir gündə təşkil etməyi planlaşdırır. “All Star”ın keçiriləcəyi Atlanta şəhərinə idmançılar məhz martın 7-də şəxsi  nəqliyyat vasitəsi ilə gəlməldir.  Oyunçulara yalnız ailəsinin bir neçə üzvünü özü ilə gətirməyə icazə veriləcək. Atlantaya gəlməmişdən əvvəl basketbolçular və ailə üzvləri COVİD 19 testindən keçməlidir. İştirakçılar Atlantada yarışdan əvvəl məskunlaşacağı oteli tərk etməməlidir.   Xatırladaq ki, ötən mövsüm fevral ayında keçirilən “All Star” həftəsində Amerikada
epidemioloji vəziyyət normal idi. Ulduzların qarşılaşmasından
dərhal sonra isə “Yuta”nın basketbolçusu Rudi Qober koronavirusa yoluxmuş və bu MBA-da mövsümün dayandırılmasına səbəb olmuşdu.

CANLI YAYIM