"Australian Open"də Karatsev möcüzəsi davam edir

17 Fevral, 16:29 Sosial mediada paylaşın:
Mötəbər Autsralian Open turnirinin ¼ finalında serbiyalı Novak Cokoviçlə almaniyalı Aleksandr Zverev qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 3 saat yarımdan çox çəkib. Oyuna daha yaxşı başlayan Zverev ilk setdə qələbə qazanıb: 7-6. Sondaran təşəbbüsə yiyələnən Cokoviç tarazlığı brəpa edib. Digər hissələrdə rəqibindən üstün olan serbiyalı raketka ustası yekunda 3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
¼ finalın digər matçında turnirin sürpriz adlarından rusiyalı Aslan Karatsev bolqarıstanlı Qriqor Dmitrovla üz-üzə gəlib. Duel cəmi 2 saat 28 dəqiqə çəkib. Dimitrov ilk setdə qələbə qazanmasına baxmayaraq üstünlüyünü qoruya bilməyib. Digər hissələrdə qalib gələn Karatsev yarımfinalda Novak Cokoviçlə mübarizə aparacaq.

CANLI YAYIM