Lopeteqi: "Borussiya" güclü olsa da, özümüzə inanırıq"

17 Fevral, 14:22 Sosial mediada paylaşın:
 UEFA Çempionlar Liqasının 1/8 finalında “Sevilya” Dortmund “Borussiya”sı  ilə qarşılaşacaq. İspaniyada keçiriləcək oyuna maraq böyükdür. Hər iki komanda görüşə hazırdır. “Sevilya” ilə “Borussiya”  buna qədər  2 dəfə üz-üzə gəlib. Avropa Liqasında keçirilən görüşlərin birində ispaniyalılar qələbə qazandıqları halda, digər oyun heç-heçə yekunlaşıb. “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi görüşə tam hazır olduqlarını bildirib:  “Borussiya” ilə görüşlərdə üstünlüyümüz var. Bu seriyanı davam etdirmək niyyətindəyik. Buna görə də əlimizdən gələni edəcəyik. Meydanda hər qarış uğrunda mübarizə aparacağıq. Rəqib güclü olsa da, biz özümüzə inanırıq. Ümid edirəm qələbə qazanacağıq”.
Qeyd edək ki, “Sevilya” – “Borussiya” Dortmund matçı gecə yarısı başlanacaq.

CANLI YAYIM