Andrea Pirlo: "Portu"nun zəif cəhətlərini bilirik

17 Fevral, 13:15 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 1/8 finalında “Portu” “Yuventus”la qarşılaşacaq. Oyun Portuqaliyada keçiriləcək. Hər iki komanda son hazırlığını tamamlayıb. Matça maraq böyükdür. Portuqaliya çempionatında yalnız lider “Sportinq”dən geri qalan “Portu”in hədəfləri böyükdür. Komandanın baş məşqçisi Serjiu Konseysau oyun barədə ehtiyatlı danışıb:  “Yuventus” güclü komandadır. Əla oyunçuları var. Bizə çətin olacaq. Xüsusilə Kriştiano Ronaldoya qarşı oynamaq maraqlıdır. Əminəm ki, futbolçularım onlara verdiyim tapşırıqların öhdəsindən gələcəklər. Əksa halda bu, bizə baha başa gələ bilər.
İtaliya A Seryasında son oyunda “Napoli”yə məğlub olan “Yuventus” bu dəfə azarkeşləruini sevindirmək niyyətindədir. Baş məşqçi Andrea Pirlo oyunun fantastik keçəcəyini bildirib:  “Azarkeşləri sürətli və fantastik oyun gözləyir. Məncə, bu görüş paralel keçirilən qarşılaşmanı kölgədə qoyacaq. Rəqibin zəif cəhətlərini bilirik. Bundan yararlanmağa çalışacağıq. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq.
Qeyd edə ki, “Portu” – “Yuventus” matçı gecə yarısı başlanacaq.

CANLI YAYIM