Namiq Ələsgərov "Hatayspor" klubundan dəvət alıb

17 Fevral, 10:33 Sosial mediada paylaşın:
“Neftçi”nin futbolçusu Namiq Ələsgərovun Türkiyə klublarının maraq dairəsinə düşüb.
10 qolla Premyer Liqanın bombardirlər arasında lider olan yarımüdafiəçi qardaş ölkənin “Hatayspor” klubuna keçə bilər. Rəhbərlik 26 yaşlı Ələsgərovu heyətinə cəlb etməyi planlaşdırır. Super Liqanın debütantı mövsümün sonunda bununla bağlı “Neftçi” ilə danışıq aparmaq fikrindədir. Futbolçunun müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, keçid üçün “Neftçi”yə kompensasiyanın ödənilməsi lazım gələcək Qeyd edək ki, “Hatayspor” Türkiyə çempionatında 25 turdan sonra 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

CANLI YAYIM