"Qarabağ"ın legioneri İsrail klubuna keçə bilər

17 Fevral, 10:30 Sosial mediada paylaşın:
“Qarabağ”ın müdafiəçisi Kevin Medina karyerasını İsraildə davam etdirə bilər.
Kolumbiyalı futbolçu bu ölkənin məşhur klublarından olan “Makkabi”nin maraq dairəsinə düşüb. İsrail mediasının yazdığına görə, Hayfa təmsilçisi futbolçunu transfer etmək istəyir. Klub rəsmiləri futbolçunu Ağdam təmsilçisinin Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyununda bəyəniblər. İsrail təmsilçisi Medina üçün mövsümün sonunda “Qarabağ”la danışıqlara başlamaq istəyir. Xatırladaq ki, Kevin Medina cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

CANLI YAYIM