"Liverpul" Budapeştdə "Leypsiq"lə qarşılaşacaq

16 Fevral, 17:01 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 1/8 finalında “Leyptsiq” “Liverpul”la qarşılaşacaq.
Oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Buna səbəb Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırmasıdır. Hər iki komanda son hazırlığını tamamlayıb. Matça maraq böyükdür. Almaniya Bundesliqasında yalnız lider “Bavariya”dan geri qalan “Leypsiq”in hədəfləri böyükdür. Görəsən, “Liverpul” almaniyalıların arzularını puç edə biləcəkmi? “Leypsiq”in baş məşqçisi Yulian Naqelsman oyun barədə iddialı danışıb:  “Liverpul” çox güclü komandadır. UFEA Çempionlar Liqasının qalibidir. Amma bu bizi qorxutmur. Meydana çıxırıqsa, rəqibin kimliyi bizim üçün fərq etmir. Qələbə üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərimiz sevindirəcəyimizə inanıram”. İngiltərə Premyer Liqasında son 3 oyunda məğlub olaraq liderlər qrupundan kənarlaşan “Liverpul”un “Leypsiq”lə oyunda nə edcəyi böyük maraqla gözlənilir. Yurgen Klopp mətbut konfransında iddialı danışıb: “Əvvəlcə onu deyim ki, azarkeşləri fantastik oyun gözləyir. Meydanda iki əla komanda olacaq. Amma rəqibin zəif cəhətləri də var. Bu barədə futbolçularıma xüsusi tapşırıqlar vermişəm. Əgər dediklərimi səhvsiz yerinə yetirsələr qələbə qazanmaq imkanımız yüksək olacaq. Qeyd edə ki, “Leypsiq” – “Liverpul” gecə yarısı başlanacaq.

CANLI YAYIM