"Atletik" səfərdə inamlı qələbə qazanıb

16 Fevral, 15:31 Sosial mediada paylaşın:
İspaniya çempionatında 23-cü turun sonuncu matçı Kadis şəhərində keçirilib.
Yerli komanda Bilbao təmsilçisi “Atletik” ilə üz-üzə gəlib. Hesab 4-cü dəqiqədə açılıb. Müdafiəçilərdən ustalıqla yayınan Aleks Berenqer topu qapıdan keçirərək qonaqları hesabda irəli çıxarıb. 15-ci dəqiqədə Unay Lopez fərqi artırıb. 2:0. Yarım saatın tamamında meydan sahibləri 3-cü dəfə mərkəzə dəvət olunublar. Berenqer dubl edib. İkinci hissədə də təzyiqi azaltmayan “Atletik” futbolçuları rəqibi növbəti dəfə məyus edib. İnyaki Uilyams mübarizəyə nöqtə qoyub: “Kadis” – “Atletik” Bilbao 0:4. İnamlı qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Atletik” 1 pillə irəliləyərək 10-cu pillədə qərarlaşıb. Ardıcıl 4-cü görüşündə də uduzan “Kadis” isə 24 xalla 15-ci yerdədir. Çempionata 54 xalla Madrid “Atletiko”su başçılıq edir.

CANLI YAYIM