"Barselona" qapıçısı ilə müqavilənin müddətini uzadır

9 Oktyabr, 09:54 Sosial mediada paylaşın:
"Barselona" qapıçısı Mark-Andre ter Stegenlə yeni müqavilə imzalamağa yaxındır.
Kataloniya klubu alman qolkiperlə müqavilənin müddəyini uzatmaq barədə danışıqlar aparır. Danışıqların yaxın bir neçə həftə ərzində müsbət yekunlacağı gözlənilir.
 Qeyd edək ki, 27 yaşlı qapıçının "Barsa" ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.