Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

12 Fevral, 13:53 Sosial mediada paylaşın:
Teymur Rəcəbov yarımfinalda Amerika Birləşmiş Ştatlarının təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
İlk partiyada qara fiqurlarla uduzan qrossmesyterimiz növbəti görüşdə ağ fiqurlarla qalib gələrək tarazlığı bərpa edib. Amma 3-cü partiya da yenidən amerikalı şahmatçı üstün olub. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub. Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı məğlub edərək üstünlük qazanıb. Bu gün tərəflər yenidən üz-üzə gələcəklər, Xatırladaq ki, Teymur Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, Uesli So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.

CANLI YAYIM