Teymur Rəcəbov yarımfinala yüksəlib

11 Fevral, 12:43 Sosial mediada paylaşın:
Şahmatçımız Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.
34 yaşlı qrossmeyster bu mərhələnin ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib. Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1 xal yarım – yarım xal hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə yüksəlib. Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda Amerika Birləşmiş Ştatları təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu mərhələnin digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav üz-üzə gələcək.

CANLI YAYIM