Formula 1 yeniliklər astanasında...

10 Fevral, 16:47 Sosial mediada paylaşın:
Formula 1-də yaxın gələcəkdə yeni dəyişikliklər gözlənilir. Növbəti ildən reqlament dəyişikliyi çempionatda qüvvələr nisbətini dəyişə bilər. Bu həm yeni komandaların, həm də mühərrik istehsalçılarının səhnəyə çıxmasına şərait yaradacaq. Bu həmçinin pilotların yerdəyişməsinə də səbəb olacaq…
Növbəti mövsüm Formula 1-də yeni komanda debüt edə bilər. Nüfuzlu avtoidman portallarından birinin məlumatına görə, “Monaco İncrase Managment” şirkətinin yaradıcısı olan biznesmen Salvadore Qandolfo belə bir planla çıxış edib. Formula 2-də çıxış edən “Kampos” komandasının resursları əsasında yaradılacaq bu komanda “Monako Reysinq” adını daşıyacaq. Mətbuata açıqlama verən Qandolfo belə bir fikrə Stefano Domenikalinin bu yaxınlarda açıqlamasından sonra düşdüyünü söyləyib. Xatırladaq ki, Formula 1 rəhbəri yaxın gələcəkdə çempionatda debüt etmək istəyən komandalardan əlavə üzvlük haqqı almaq istəmədiklərini söyləmişdi.Formula 1-də daha bir yeni qurum çıxış edə bilər. Söhbət komandaları mühərriklə təmin edən zavoddan gedir. “Honda”nın Formula 1 komandaları üçün mühərrik hazırlamaqdan imtina etməsi “Audi”nin onun yerini tutmasına səbəb ola bilər. Xatırladaq ki, Yaponiya konserni “Red Bull”u mühərriklə təmin edir. Mövsümün sonunda isə “Honda” “Kral avtoyarışları”ndan gedəcəyini açıqlayıb.Elə Maks Ferstappen də mövsümün sonunda “Red Bull”dan ayrılacağı müzakirə olunur. Məsələ ondadır ki, “Mersedes” mövsümün sonuna qədər müqavilə imzaladığı Lüis Hemiltonla növbəti mövsüm əməkdaşlığı davam etdirməkdə o qədər də həvəsli deyil. Elə mətbuata açıqlamasında “Mersedes”in rəhbəri Toto Volf da britaniyalı pilotun komandadan gedəcəyini istisna etməyib. Hemiltonun gedişindən sonra isə Maks Ferstappenin “Mersedes”ə keçəcəyi haqda variantlar dolaşır.

CANLI YAYIM