Teymur Rəcəbov qələbəni qoruya bilməyib

10 Fevral, 12:26 Sosial mediada paylaşın:
Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finalı başlanıb.
Qrossmeysterimiz Teymur Rəcəbov ¼ finalda Niderlandı təmsil edən Aniş Giri ilə üs-üzə gəlib. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü oyunda şahmatçımız qalib gəlsə də, bunu qoruya bilməyib. O, 4-cü partiyada məğlub olub.  Beləliklə tərəflər arasında ilk günün qarşılaşmalarından sonra  heç-heçə qeydə alınıb - 2:2.
Bu gün şahmatçılar yenidən üz-üzə gələcəklər. Növbəti 4 görüşdən sonrada qalib müəyyənləşməsə, tay-breyk olacaq.
Xatırladaq  ki, Aniş Giri seçmə mərhələni 9 xal yarımla 2-ci, Teymur Rəcəbov isə 8 xalla 7-ci pillədə başa vurub.

CANLI YAYIM