Rəcəbov 1/4 finalda!

9 Fevral, 10:50 Sosial mediada paylaşın:
Şahmatçıların “Opera Avro” rapid yarışında qrossmeysterimiz Teymur Rəcəbov pley-of çıxıb.
O, yarışın 3-cü günü bütün görüşlərini heç-heçəylə başa vuraraq bu uğura nail olub. Rəcəbov Çin şahmatçısı Dinq Lirenlə sülh bağlayandan sonra norveçli dünya çempionu Maqnus Karlsen, fransalı Maksim Vaşye Laqrav, amerikalı Uesli So və erməni Levon Aronyanla da heç-heçə edib. Qrossmeysterimiz bu nəticələrlə xallarının sayını 8-ə çatdıraraq ilkin mərhələni 7-ci yerdə tamamlayıb. Bu, 1/4 finala çıxmağa kifayət edib. Teymur Rəcəbovun müvafiq mərhələdə rəqibi məlumdur. İdmançımızı Niderlandlı Aniş Giri ilə qarşılaşma gözləyir. Turnirin ümumi mükafat fondunun 100 min dollar olduğunu xatırladaq. Qalib şahmatçıya 30 min dollar veriləcək. 

CANLI YAYIM