Lüis Hemilton "Mersedes"lə müqavilə müddətini yeniləyib

8 Fevral, 16:41 Sosial mediada paylaşın:
“Mersedes” Lüis Hemiltonla müqavilə müddətini yeniləyib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Yeni müqavilənin detallları haqda ictimaiyyətə heç bir məlumat verilməsə də, Lüisin mövsümün sonuna qədər “Mersedes”də çıxış edəcəyi dəqiqləşib. Xatırladaq ki, böyük britaniyalı pilot 2013-cü ildən Almaniya komandasının heyətində çıxış edir. O, bu komandanın heyətində 6 dəfə dünya çempionu olub. “Mersedes”ə qədər Hemilton “Maklaren”in heyətində 2008-ci ildə mövsümü qalib başa vurmuşdu. Lüisin 7 dəfə dünya çempionu olan Mixael Şumaxerin rekordunu təkrarladığını xatırladaq.

CANLI YAYIM