Formula 1-də sprint yarışları təşkil oluna bilər

6 Fevral, 12:00 Sosial mediada paylaşın:
Heç bir idman növündə qaydalar sabit olaraq qalmır. Populyarlığın artması üçün dövrün tələblərinə görə müəyyən dəyişikliklər etmək lazımdır. Belə dəyişikliklərə isə daha çox avtoidman, xüsusilə də Formula 1 ehtiyac duyur.
Formula 1-də təsnifat mərhələsinin formatı ilə bağlı dəyişiklik həyata keçirilə bilər. Bu barədə mətbuata açıqlamasında Formula 1-in rəhbəri Stefano Domenikali məlumat verib. İtaliyan funksionerin sözlərinə görə, çempionatı maraqlı etmək üçün yeni ideyalara ehtiyac var. Amma Domenikali son vaxtlar müzakirə olunan yarışı birinci bitirib növbəti dəfə onu sonuncu yerdən başlamaqla bağlı təklifin keçərli olmayacağını söyləyib. O, daha maraqlı bir format düşünməli olduqlarını bildirib. Domenikali söhbət əsnasında ümumiyyətlə tez-tez format dəyişikliyinin yanlış olduğunu da söyləyib. Onun fikrincə, müntəzəm olaraq qayda dəyişiklikləri yarışın nüfuzuna mənfi təsir göstərə bilər. Mümkün qədər sabit sistem formalaşdırmaq lazımdır. Amma bunu etmək üçün də ədalətli format müəyyənləşdirmək şərtdir. Söhbət yarışa maraq gətirə biləcək sistemdən gedir. Bu mənada Domenikali Formula 2-də tətbiq olunan sprint formatının Formula 1-də də istifadə oluna biləcəyini vurğulayıb. O, komandalarla müzakirədən sonra şənbə günləri təsnifat mərhələsinin hazırkı formatı yerinə sprint yarışlarının təşkil edə biləcəklərini söyləyib.

CANLI YAYIM