"Filadelfiya" liderliyini möhkəmlədib

4 Fevral, 17:09 Sosial mediada paylaşın:
Milli Basktebol Assosiyasının müntəzəm çempionatında mübarizə davam edir.
Şərq Konfransının lideri “Filadelfiya Seventi Siksers” orta pillələrdə qərarlaşan “Şarlot Hornets”in qonağı olub. Oyunda qonalqar daha yaxşı başlayıblar. Filadelfiya komandası ilk hissədə qalib gəlib – 30:13. Təşəbbüsü əldən verməyən qonaqlar böyük fasiləyə 22 xal fərqilə öndə yollanıblar - 64:42. Sonradan üstünlüyə yiyələnən meydan sahibləri qalan hissələrdə daha dəqiq olsalar da, yekunda uduzublar. “Şarlott Horntes” - “Filadelfiya Seventi Siksers”: 111-118. Coel Embid görüşün ən yaxşısı seçilib. “Filadelfiya” komandasının basketbolçusu 34 xal, 11 ribaund, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Şərq Konfrasına “Filadelfiya Seventi Siksers” başçılıq edir. Qərb Konfransında isə “Yuta Cazz” liderdir.

CANLI YAYIM