Lebron Ceyms ardıcıl 7-ci dəfə.....

2 Fevral, 17:30 Sosial mediada paylaşın:
Milli Basketbol Assosasiyası dünyanın ən gəlirli liqalarından sayılır. Burada çıxış edən oyunçular həm liqanın böyük gəlir əldə etməsinə şərait yaradır, həm də özləri zəngin insanlardan birinə çevrilir. İndi təqdim edəcəyimiz süjet məhz belə oyunçulara həsr olunub.
Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Forbs” nəşri Milli Basketbol Assosasiyasında çıxış edən oyunçularının gəlirləri ilə bağlı hesabat dərc edib. Siyahıya “Los Anceles Leykers”in lideri Lebron Ceyms başçılıq edib. 36 yaşlı amerikalı basketbolçu ardıcıl 7-ci dəfə bu göstəricidə digər həmkarlarını qabaqlayıb. 2020-ci ildə 95,4 milyon dollar gəlir əldə edən Ceyms həm də bu göstəricidə karyerasının rekordunu müəyyənləşdirib. Yeri gəlmişkən, “Leykers”in ulduzu ötən il 31,4 milyon dollar məvacib əldə edibsə, 64 milyon dollar reklam və digər layihələrdən qazanıb. Liqanın digər ən çox qazanan oyunçularına gəlincə, ikinci yerdə 74,4 milyon dollarla “Qolden Steyt Uorriors”un lideri Stefen Karri qərarlaşıb. “Bruklin Nets”də çıxış edən Kevin Dürant isə 65,2 milyon dollar gəlirlə 3-cü yerə çıxıb. İlk 10-luqda müvafiq olaraq “Vaşinqton Uizards”dan Rassell Uestbruk, “Bruklin Nets”dən Ceyms Harden, “Miluoki Bəks”dən Yannis Adetokumbo, “Qolden Steyt Uorriors”dan Kley Tompson, “Bruklin Nets”dən Kayri İrvinq, “Finiks Sanz”dan Kris Pol və “Portlend Treyl Bleyzers”dən Demian Lillardın adı da yer alıb.
 

CANLI YAYIM