Voleybol millimizin təqvimi bəlli olub

28 Yanvar, 13:04 Sosial mediada paylaşın:
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tam təqvimi bəlli olub.
Yığmamızın yer aldığı F qrupunda ikinci dövrənin oyunlarının vaxtı açıqlanıb. Komandalar Monteneqroda qüvvəsini sınayacaq. Millimiz mayın 14-də Monteneqro, ertəsi gün Gürcüstan, son turda Yunanıstan seçməsilə qarşılaşacaq. Qeyd edək ki, Gürcüstanda keçiriləcək ilk dövrənin oyunlarının vaxtı öncə bəlli olmuşdu.

CANLI YAYIM