"Atlanta" "Klippers"in qələbə seriyasına son qoyub

27 Yanvar, 17:39 Sosial mediada paylaşın:
Qərb konfransının iddialılarından “Los Anceles Klippers” Şərq konfransında pley-off uğrunda mübarizə aparan “Atlanta Houks”un qonağı olub. Qonaqlar Böyük fasiləyə kimi irəli keçsələr də, 5 xallıq fərqi qrouya bilməyiblər. 3-cü bölümdə önə keçən Atlanta basletbolçuları həlledici periodu da xeyirlərinə tamamlayaraq qələbə qazanıblar – 108:99.
Beləliklə ardıcıl 7 oyunda qalib gələn “Los Anceles Klippers”in uğurlu seriyasına son qoyulub. “Atlanta”nın heyətində Trey Yanq 38 xal, 3 ribaund, 3 ribaundla qarşılaşmanın ən yaxşısı seçilib. Məğlubiyyətə baxmayaraq Klippers Qərb konfransında 3-cü sıradadır. “Atlanta Houks” isə Şərq konfransında 6-cıdır. 

CANLI YAYIM