MLS-də yeni rekord

7 Oktyabr, 17:51 Sosial mediada paylaşın:
"Los Anceles"in futbolçusu Karlos Vela MLS liqasında rekorda imza atıb.
30 yaşlı hücumçu "Kolarado Rapids"lə matçda het-trik edərək cari mövsümdəki qol sayını 34-ə çatdırıb. Meksikalı futbolçu bu nəticə ilə MLS-də bir mövsümdə ən çox qol vuran oyunçu olub.
Qeyd edək ki, əvvəlki rekord 31 qol vuran Jozef Martinezə məxsus idi.

CANLI YAYIM