Sentyabrın ən yaxşısı Joel Matip oldu

7 Oktyabr, 17:47 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Bu “Liverpul”un müdafiəçisi Joel Matipdir. Bu barədə “qırmızılar”ın rəsmi saytı məlumat yayıb.
 28 yaşlı futbolçu Pyer-Emerik Obameyanq (“Arsenal”), Kallum Vilson (“Bornmut”), Rikardo Pereyra (“Lester”), Kevin de Bruyne və Riyad Mahrezi (hər ikisi “Mançester Siti”) qabaqlayaraq, birinci olub.
Qeyd edək ki, Matip “Liverpul”un sentyabr ayında Premyer Liqada keçirdiyi hər 3 oyunda iştirak edib.

CANLI YAYIM