Səudiyyə Ərəbistanı fərqli şəhər trassı hazırlayacaq

23 Yanvar, 11:48 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanında keçiriləcək Formula 1 yarışı digər şəhər trasslarından fərqlənə bilər.
Bu ölkənin avtoidman federasiyasının prezidenti şahzadə Xalid Bin Sultan Əl-Faysalın sözlərinə görə Ciddə küçələrində keçiriləcək yarış sürətinə görə digər şəhər trasslarından daha sürətli olacaq. Onun sözlərinə bəzi şəhər trasslarında ötmələr üçün geniş manevrlər olmadığından yarış maraqsız keçir. Amma şahzadə bu layihəni 2024-cü ildə həyata keçirə biləcəklərini söyləyib. Xatırladaq ki, tarixində ilk dəfə Formula 1-ə ev sahibliyi edəcək Səudiyyə Ərəbistanında Qran-pri dekbarın 5-də keçiriləcək.  

CANLI YAYIM