"Sietl Supersoniks" yenidən MBA-ya qayıdır

22 Yanvar, 17:38 Sosial mediada paylaşın:
Tarix boyu Milli Basketbol Assosasiyasında yeni komandalar yaradılmış və liqanın coğrafiyası genişlənmişdi. Bununla yanaşı fəaliyyətini dayandıran və bir şəhərdən başqa şəhərə köçən klublar da olub. Belə klublardan biri fəaliyyətini bərpa edə bilər.
1967-ci ildən 2008-ci ilə qədər Milli Basketbol Assosiyasında çıxış edən “Sietl Supersoniks” fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə Amerika mətbuatı məlumatı məlumat yayıb. Bir neçə gün əvvəl Sietl şəhərinin rəhbəri Cenni Derkan mətbuata açıqlamasında yenidən “Supersoniks”i yaratmağa hazır olduqlarını bildirib. Bu ərəfədə MBA-nın rəhbəri Adam Silver də liqada komandaların sayını artırmağa hazır olduqlarını söyləyib. Xatırladaq ki, 2008-ci ildə öz yerini “Oklahoma Siti Tander”ə verən “Sietl” 1979-cu ildə MBA çempionu da olmuşdu. Yeri gəlmişkən, Sietllə yanaşı, Birləşmiş Ştatların Las Veqas və Kanzas şəhərlərini təmsil edəcək yeni komandalar da yaradıla bilər. Hər iki şəhərin biznesmenləri belə bir layihə ilə çıxış ediblər. Xatırladaq ki, Las Veqas 2017-ci ildə MXL-də komanda ilə təmsil olunmaq hüququ əldə etmişdi. Bəzi mənbələrin yazdığına görə, Sietllə anlaşma əldə olunmayacağı halda, Las Veqas komandası MBA-ya daxil ediləcək.

CANLI YAYIM