"Liverpul" ardıcıl 5-ci dəfə xal itirdi

22 Yanvar, 15:28 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınan görüşdə “Liverpul” “Börnli”ni qəbul edib.
Son 4 oyunda xal itirən Mersesaydlılar bu dəfə qələbəyə iddialı idilər. Qarşılaşma gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə keçib. Yurgen Kloppun komandası çox çalışsa da, ilk hissədə rəqibin müqavimətini qıra bilməyib. İkinci yarıda da hücumlarını davam etdirən meydan sahibləri istəklərinə nail ola bilməyiblər. Əvəzində qonaqlar “Liverpul”un qapısına yol tapıblar. “Börnli”nin hücumçusu Eşli Barns penaltini dəqiq yerinə yetirib. Minimal hesabla qalib gələn “Börnli” 19 xalla 16-cıdır. Son 5 oyunda xal itirən “Liverpul” isə 34 xalla 4-cüdür. Yarış cədvəlinə 40 xalla “Mançester Yunayted” başçılıq edir.

CANLI YAYIM