"Atletiko" əzmkar qələbə qazandı

22 Yanvar, 14:21 Sosial mediada paylaşın:
La Liqanın lideri “Atletiko” növbəti matçına çıxıb.
Madrid təmsilçisi 19-cu turda “Eybar”ın qonağı olub. Görüşə meydan sahibləri daha fəal başlayıblar. Çox keçmədən hesab açılıb. 12-ci dəqiqədə “Eybar” futbolçuları penalti imkanı qazanıblar. Qapıçı Marko Dmitroviç 11 metrlik zərbəni dəqiq yerinə yetirib. Bu, qolkiperin karyerasında ilk qolu olub. Təzyiqi artıran qonaqlar 40-cı dəqiqədə istəklərinə çatıblar. Luis Suares rəqib müdafiəçilərinin səhvindən maksimum yararlanıb. 1-1. İkinci yarıda hücumlarını daha da gücləndirən “Atletiko” son dəqiqələrdə fərqlənib. Penaltini dəqiq yerinə yetirən Luis Suares dubl edib. 2-1 hesabı ilə qalib gələn “Atletiko” 44 xalla liderliyni davam etdirir.

CANLI YAYIM