Macarıstan yığmasının daha iki futbolçusu Azərbaycanla oyunun heyətindən çıxarılıb

7 Oktyabr, 14:45 Sosial mediada paylaşın:
Macarıstan yığmasının daha iki futbolçusu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya milliləri ilə oyunlar üçün elan edilən heyətdən çıxarılıb.
Müdafiəçi Beşe Barnabaş (“Havr”, Fransa) və Mate Patkai (hər ikisi “Fehervar”) zədə üzündən komandaya kömək edə bilməyəcəklər. Barnabaşın yerinə Endre Botka (“Ferentsvaroş”) komandaya cəlb olunub.
Bunadək müdafiəçi Kristian Tamaş (“Zalegerseq”) və Dominik Soboslai (“Zaltsburq”, Avstriya) zədəyə görə heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.

CANLI YAYIM