Bu gün Azərbaycan çempionatında fasilə başa çatır

21 Yanvar, 11:54 Sosial mediada paylaşın:
Bu gün futbol üzrə Azərbaycan çempionatında yaranmış qısa fasilə başa çatır.
14-cü turun oyunları yanvarın 21-i və 22-ə təyin olunub. Bu gün saat 16-da “Zirə” “Qəbələ”ni , “Səbail” isə “Neftçi”ni qəbul edəcək. “Sabah”- “Qarabağ” matçının start fiti saat 18-də veriləcək. 14-cü turda cümə günü keçiriləcək “Keşlə”- “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Bu qarşılaşma saat 16-da başlanacaq. Xatırladaq ki, 13 turdan sonra turnir cədvəlində 24 xalla “Neftçi” başçılıq edir. Ondan bir xal az toplayan və bir oyun az keçirən “Qarabağ” ikinci pillədədir. İll 3-lüyü 20 xalla “Zirə” tamamlayır.

CANLI YAYIM