AVRO-2020-nin pley-offu ilə bağlı simulyator proqram verilib

7 Oktyabr, 10:56 Sosial mediada paylaşın:
UEFA 2018/19 Millətlər Liqasındakı çıxışları sayəsində hansı komandaların Avropa çempionatının təsnifat mərhələsinin pley-off oyunlarına vəsiqə qazana biləcəyini başa düşməkdə azarkeşlərə kömək məqsədilə simulyator proqramı hazırlayıb.
Noyabrın 20-də UEFA AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanacaq 24 komandadan 20-sinin adı məlum olacaq.
Təsnifat mərhələsinin 10 qrupunda ilk iki yeri tutan komanda gələn yay keçiriləcək final mərhələsinə adlayacaq. Digər dörd komanda isə 2020-ci ilin mart ayında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin pley-off oyunları ilə müəyyənləşəcək.
Komandaların pley-off oynamaq hüququnu necə qazanacaqlarını başa düşməkdə azarkeşlərə və mediaya kömək məqsədilə UEFA istifadəçilərin qurduğu ssenarilər əsasında pley-off oyunlarına hansı komandaların vəsiqə qazanacağını göstərən simulyator proqramı (https://www.uefa.com/european-qualifiers/simulator/) hazırlayıb.
Pley-off oyunlarında 2018/19 UEFA Millətlər Liqasındakı çıxışlarına əsasən altı komanda – konkret olaraq, Millətlər Liqasının finala vəsiqə qazana bilməmiş qrup qalibləri və yarışın reqlamentinin 16.03-cü maddəsinə uyğun olaraq vəsiqə qazanmış qrup qaliblərini əvəzləyən komandalar rəqabət aparacaq.
Əvvəlki pley-off oyunlarından fərqli olaraq, bu dəfə pley-off oyunları “uduzan çıxır” prinsipi əsasında keçiriləcək. Hər “pley-off cığırı”nda komandalar Millətlər Liqasının ümumi reytinq cədvəlinə əsasən 1-dən 4-ə qədər sıralanacaq. Hər “pley-off cığırı”nın yarımfinal mərhələsinin oyunları aşağıdakı formada olacaq:
* Reytinq səviyyəsi “1” olan komanda reytinq səviyyəsi “4” olan komanda ilə qarşılaşacaq;
* Reytinq səviyyəsi “2” olan komanda reytinq səviyyəsi “3” olan komanda ilə qarşılaşacaq;
Hər pley-off finalı üçün püşkatma noyabrın 22-də keçirilməklə hansı yarımfinal qalibinin öz meydanında oynayacağını müəyyən edəcək. Hər finalın qalibi AVRO-2020-yə vəsiqə qazanacaq.
Seçmə mərhələnin hər oyun günündən sonra yeniləcək cari vəziyyətlə burdan tanış olmaq olar: ‪https://www.uefa.com/european-qualifiers/news/0254-0d40fc7db8ee-f6fe04623679-1000--play-offs-as-they-stand/

CANLI YAYIM