“Səbail” gürcü futbolçu transfer edib

20 Yanvar, 12:10 Sosial mediada paylaşın:
Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt klubu gürcüstanlı yarımmüdafiəçi Luka İmnadzeni heyətinə qatıb.
İyirmi dörd yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. L.İmnadze karyerası ərzində ölkəsində “Quria”, “Saburtalo”, “Kolxeti Poti”, “Rustavi” və “Samtredia” klublarının uğurları üçün çalışıb.

CANLI YAYIM