"Tottenhem"də şok itki: Llorisin qolu sındı

7 Oktyabr, 10:55 Sosial mediada paylaşın:
"Tottenhem"in qapıçısı Uqo Lloris İngiltərə Premyer Liqasının VIII turunda "Brayton"la səfər oyununda ağır zədə alıb.
Fransalı qapıçı matçın 3-cü dəqiqəsində buraxılan qol zaman yerə yıxılanda qolu sınıb.
Klub 32 yaşlı qapıçının dərhal yerli xəstəxanaya yerləşdiyini açıqlayıb. Təcrübəli qapıçı növbəti həftə tibbi müayinədən keçəcək. Onun ən azı 2 ay oynamayacağı gözlənilir.

CANLI YAYIM