Lempard: "Lester" çempionluq uğrunda yarışan komandadır"

19 Yanvar, 15:26 Sosial mediada paylaşın:
Bu gün İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınan 2 oyun olacaq. Əsas diqqətlər Lester şəhərinə yönəlib. Burda yerli komanda “Çelsi”ni qəbul edəcək.
Hazırda “Lester” 35 xalla “Mançester Siti” ilə bərabər tunir cədvəlində 2-ci, 3-cü yerləri bölüsür. Komanda lider “Mançester Yunayted”dən 2 xal geri qalır. “Çelsi” isə 29 xalla 7-ci pillədədir. “Lester”in heyətinə əsas itki Denis Paretin zədəli olasıdır. “Çelsi”də isə N`         Qolo Kante sarı vərəqə cəzalısıdır. Oyundan əvvəl “Lester” klubunun baş məşqçisi Brendan Rocers bu haqda danışıb: “Kante “Lester” klubunun tarixinin bir parcasıdır. O “Çelsi”yə keçəndən sonra London təmsilçisində də əhəmiyyətli futbolçuya çevrildi. Amma “Çelsi” təkcə Kantyedən ibarət deyil. Onun yoxluğu itki sayılsa da, Lempard onu əvəzləyəcək lazimi futbolçuya heyətdə oynamaq imkanı verəcək. Komandamın hazırki vəziyyətinə gəldikə isə rəqabətə davamli heyətimiz var. Indi turnir cədvəlində hansı mövqedə olmağımız önəmli deyil. Əsas yekunda istədiyimiz yerdə qərarlaşmaqdır”
“Çelsi”nin baş məşqçisi Frenk Lempard da oyunla bağlı fikirlərini açıqlayıb. O, rəqibi tərifləməklə diqqət çəkib: “Lester” hazırda çempionluq uğrunda yarışan bir komandadır. Onların oyunu və hazırda tunir cədvəlindəki mövqeyi bunu deməyə əsas verir. Ötən mövsüm yekunda onları qabaqlaya bilmişdik. Amma bu heç də asan olmadı. Bu dəfə də əsas məqsədimiz rəqiblərimizi unudub əsas öz oyunumuza köklənməkdir. Qələbələrimizi davam etdirə bilsək, onda bizdə çempionluq yarışına daxil ola bilərik. Amma hazırda komandamın bu mübarizənin içərisində olub olmadığı haqda nəsə demək istəmirəm”
Qeyd edək ki, “Lester” – “Çelsi” oyunu bu gecə 00:15-də  başlanacaq və “İdman TV” ilə canlı yayımlanacaq.

CANLI YAYIM