"Milan" Sardiniyadan lider kimi qayıtdı

19 Yanvar, 14:12 Sosial mediada paylaşın:
İtaliya A Seriyasında 18-ci tura “Kalyari” - “Milan” oyunu ilə yekun vurulub. Qonaqlar qələbə qazanaraq liderliklərini möhkəmlədiblər. “Rossoneri” artıq 7-ci dəqiqədə önı keçib. Zlatan İbrahimoviç özü qazandığı penaltini dəqiq yerinə yetirib. İsveçli hücumçu peşəkar karyerasına başladığı 1999-cu ildən bəri hər il qol vuraraq unikal göstəricinin müəllifi olub. 
Fasilədən sonra “Milan” futbolçuları rəqibin qapısından  2-ci topu keçiriblər. 52-ci dəqiqədə İbrahimoviç effektli zərvə sayəsində dubl edib. 74-cü dəqiqədə qonaqlar azlıqda qalıblar. Maraqlıdır ki, Aleksis Salemakers meydana daxil olandan 8 dəqiqə sonra qırmızı vərəqəylə cəzalanıb. “Kalyari” say üstünlüyü qazansa da, məğlubiyyətdən qurtulmaq mümkün olmayıb - 0:2 Ardıcıl 12-ci oyunda qələbə qazana bilməyən Sardiniya klubu yarış cədvəlində 17-cidir. “Milan” isə xallarının sayını 43-ə çatdıraraq zirvədəki yerini qoruyub. 3 xal az toplayan “İnter” 2-ci, “Napoli” 34 xalla 3-cüdür.

CANLI YAYIM