"Arsenal" "Nyukasl"a heç bir şans verməyib

19 Yanvar, 13:06 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında 19-cu tur başa çatıb.
Çempionatda 4 oyundur uduzmayan Arsenal azarkeşlərini qələbəylə sevindirib. “Topçular” qeyri-sabit çıxış edən komandalardan “Nyukasl”ı məğlubiyyətə uğradıblar. Matçda ilk qol 50-ci dəqiqəyə təsadüf edib. “Arsenal” Pyer-Emerik Obameyanqın qarşısıalınmaz zərbəsi sayəsində irəli çıxıb. 10 dəqiqə sonra fərq artıb. Emil Smit Rounun ötürdüyü topu Bukayo Sako qonaqların qapısından keçirib. 77-ci dəqiqədə Pyer-Emerik Obameyanq özünün 2-ci, komandasının 3-cü qolunu vuraraq mübarizəyə nöqtə qoyub. “Arsenal” – “Nyukasl” 3:0.
“Topçular” xallarının sayınl 27-ə çatdıraraq 11-ci yerdən 10-cu sıraya yüksəliblər. Son 7 görüşdə qələbəyə həsrət “Nyukasl” isə 19 xalla 15-cidir. Turnir cədvəlinə 37 xalla “Mançrster Yunayted” başçılıq edib. “Mançester Siti” və “Lester” 35 xalla 2-ci, 3-cü yerləri tuturlar.

CANLI YAYIM