"Neftçi" hücumçu problemində problemlə üzləşib

19 Yanvar, 11:45 Sosial mediada paylaşın:
“Neftçi” hələ də istədiyi futbolçuları heyətinə qata bilmir.
“Ağ qaralar” ötən həftə 3 futbolçudan imtina cavabı alıb. Avropadan olan bu futbolçular baş məşqçi Samir Abasovun xoşuna gəlsə də onların transfer qiymətinin yüksək olması keçidi əngəlləyib. Hətta həmin oyunçulardan biri İsveçrənin “Bazel” klubunun forvardı olub. “Neftçi” gənc və perspektivli hücumçunu icarəyə götürmək istəsə də, İsveçrə klubu buna razılıq verməyib. Hazırda paytaxt klubu hücumçu axtarışlarını davam etdirir.

CANLI YAYIM