Liderlərin "Enfild Roud"da susqun oyunu

18 Yanvar, 16:48 Sosial mediada paylaşın:
İngiltərə Premyer liqasının 19-cu turunda “Liverpul” “Mançester Yunayted”i qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. İkinci yarıya meydan sahibləri daha fəal başlayıblar. Buna baxmayaraq qapılar toxunulımaz saxlanılıb. Heç-heçədən sonra “Mançester Yunayted” 37 xalla liderliyini davam etdirir. 34 xalı olan “Liverpul” 4-cü pilləyə enib. 2-ci və 3-cü yeri 35 xalla “Mançester Siti” və “Lester” bölüşür.
“Mançester Siti” isə “Kristal Pelas”ın qapısından 4 cavabsız top keçirib. İlk hissədə Con Stons fərqlənib. Fasilədən sonra İlkay Gündoğan fərqi artırıb. 68-ci dəqiqədə hədəfi dəqiq nişan alan Con Stons dubl edib. Matçın sonlarında isə Rahim Sterlinq mübarizəyə nöqtə qoyub. “Mançester Siti” – “Kruistal Pelas”: 4:0.
“Şeffild Yunayted” – “tottenhem” matçında da eyni sayda qol vurulub. Qonalqardan Serj Orye, Harri Keyn və Tanqi Endombele qələbədə pay sahibio olub. Meydan sahiblərindən isə Devid Makqoldrikin qolu təsəllidən başqa bir işə yaramayıb. 3-1 hesabı ilə qalib gələn “Tottenhem” 33 xalla ilk beşliyi tamamlayır.

CANLI YAYIM