"Arsenal" "Kristal Pelas"ı məğlub edə bilmədi

15 Yanvar, 13:55 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasında 18-ci turun son oyunu keçirilib.
Son 3 oyunda qələbə qazanan “Arsenal” bu dəfə də 3 xala niyyətli idi. “Kristal Pelas”ı qəbul edən “topçular” 20-ci dəqiqədə qola yaxın olublar. Lakin Pyer-Emerik Obameyanqın zərbəsini rəqib qapıçı çətinliklə dəf edə bilib. Qonaqların da buna cavabı özünü çox gözlətməyib. 39-cu dəqiqədə “Kristal Pelas” qola yaxın olsa da, qapı tiri buna imkan verməyib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci yarıda meydan sahibləri təzyiqi artırıblar. Hücumlarını daha gücləndirən Mikel Artetanın komandası çox çalışsa da, heç nə ilə yadda qala bilməyib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
24-cü xalını qazanan “Arsenal” 11-cidir. Ondan 2 pillə geridə olan “Kristal Pelas”ın 23 xalı var. Turnir cədvəlinə 36 xalla “Mançester Yunayted” başçılıq edir.

CANLI YAYIM