Məmmədyarov və Rəcəbov “Grand Chess Tour”da iştirak edəcək

15 Yanvar, 00:52 Sosial mediada paylaşın:
Azərbaycanlı qrossmeystlərin də qatılacağı “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib.
Yarışda reytinq əmsalı yüksək olan 10 şahmatçı mübarizə aparacaq. Ölkəmizi turnidə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Bundan başqa amerikalı Fabiano Karuana  və Uesli So, rusiyalı Yan Nepomnyaşi və Aleksandr Qrişuk, fransalı Maksim Vaşye-Laqrav, çinli Dinq Liren, niderlandlı Aniş Giri  və ermənistanlı Levon Aronyan yarışacaq. 5 mərhələdən ibarət olacaq şahmat turu klassik, rapid və blits növündə keçiriləcək. İyunun 3-də start götürəcək turnirin qalibi avqustun 28-də məlum olacaq.

CANLI YAYIM