Derlis Meza Kolli Azərbaycana qayıda bilər

15 Yanvar, 11:34 Sosial mediada paylaşın:
“Keşlə”  paraqvaylı futbolçusu Sezar Meza Kollinin qardaşını da kluba gətirmək istəyir.
Hazırda Rumıniyanın “Arceş” klubunun şərəfini qoruyan yarımmüdafiəçinin müqavilə müddəti hələ başa çatmayıb. Ancaq onunla danışıqlar davam etdirilir və paytaxt klubu qış transfer pəncərəsində Derlisin keçidini bitirmək istəyir. Qeyd edək ki, 32 yaşlı futbolçu əvvəllər ölkəmizdə “İnter”, “Qəbələ” və “Neftçi”nin şərəfini qoruyub.

CANLI YAYIM