İsrail klubu "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır

14 Yanvar, 19:30 Sosial mediada paylaşın:
“Qarabağ”ın müdafiəçisi Kevin Medina xarici klubların maraq dairəsinə düşüb.
Konkret olaraq İsrailin məşhur klublarından biri olan “Makkabi” Hayfa klubu kolumbiyalı futbolçunu transfer etmək istəyir. Klub rəsmiləri futbolçunu Ağdam təmsilçisinin Avroliqada Tel-Əviv "Makkabi"si ilə oyununda bəyəniblər. İsrail təmsilçisi Medina üçün mövsümün sonunda “Qarabağ”la danışıqlara başlamaq istəyir. Xatırladaq ki, Kevin Medina cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

CANLI YAYIM