"Arsenal" "Barselona"nın qapıçısının xidmətində maraqlıdır

14 Yanvar, 14:41 Sosial mediada paylaşın:
"Arsenal" "Barselona"nın 31 yaşlı braziliyalı qapıçısı Neto ilə maraqlanır. Bu barədə nüfuzlu "Sky Sports" telekanalı məlumat verib. 
Mənbənin məlumatına görə, "topçular"ın baş məşqçisi Mikel Arteta hələ ötən yay Netonun "Arsenal"a keçidini rəhbərlikdən tələb etmişdi. Hazırkı məqamda London klubu braziiyalı qapıçını icarəyə götürməkdə maraqlıdır. "Barselona" isə Netonu 21 milyon avroya satmaq istəyir.
Xatırladaq ki, Neto bu mövsüm bütün turnirlər daxil olmaqla "Barselona"nın heyətində 9 oyun keçirib və qapısında 7 qol görüb. 
 

CANLI YAYIM