Millimizin Serbiya yığması ilə oyunun vaxtı məlum olub

14 Yanvar, 11:50 Sosial mediada paylaşın:
Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.
Azərbaycan - Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Xatırladaq ki, millimiz seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq milliləri ilə birgə A qrupunda mübarizə aparacaq.

CANLI YAYIM